"Sığorta şirkəti xeyriyyə təşkilatı deyil ki, istənilən malı sığortalasın" » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:44 Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silindi  |     11:37 Bəzi yollarda görünüş 500-1000 metrədək məhdudlaşıb  |     11:23 Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edildi  |     11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |    

"Sığorta şirkəti xeyriyyə təşkilatı deyil ki, istənilən malı sığortalasın"

Bir neçə gün öncə "Diqlas" ticarət mərkəzində yanğın baş verib. Külə dönən ticarət obyektində onlarla ticarətçinin malları yanıb. Həmin ticarətçilərə yüz minlərlə manat dəyərində ziyan dəyib. Zərərçəkmişlər yuxarı instansiyalardan onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər. Ancaq araşdırma zamanı məlum olub ki, həmin zərərçəkmişlər öz mallarını zamanında sığorta etdirməyiblər.

Maraqlıdır, ümumiyyətlə ölkəmizdəki ticarət obyektləri sığortalanırmı? Median.Az-ın məlumatına görə, Sputnik Azərbaycan ölkənin tanınmış sığortaçıları ilə bu suala cavab tapmağa çalışıb.

Sığorta eksperti Xəyal Məmmədxanlı deyib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa görə, hər bir ticarət obyekti sığortalanmalıdır: "Əksər ticarət obyektləri də sığorta olunur, amma buna formal sığortalanma demək olar. Yəni obyekt real dəyərinə yox, aşağı dəyərlə sığortalanır. Bunu da əllərində formal kağız olsun deyə edirlər. Axı aidiyyəti orqanlar onlardan sığorta sənədi tələb edir”.

“Tutaq ki, obyektin 10 milyon dəyəri var, bunun üçün sahibkar, təxminən, 15-20 min manat sığorta haqqı ödəməlidir. Ancaq sığorta şirkətinə deyir ki, sığorta üçün 1000 manat verə bilərəm. Bu da o deməkdir ki, həmin obyekt 10 milyon dəyərində yox, 500 min dəyərində sığortalanmış olur. Faciə baş verəndə də sığorta şirkəti onlara cüzi miqdarda pul ödəyir. Ona görə biz sığortaçılar hər zaman deyirik ki, əmlakı tam dəyərdə sığorta etmək lazımdır" – deyə o bildirib.

Sığorta eksperti qeyd edib ki, sahibkarlar ancaq obyekti sığortalayırlar, orada olan malları yox: “Bunu dükan sahibkarları etməlidir. Təbii ki, onlar da mallarını sığortalamır və ya sığortalamaq istəyəndə sənədlərdə problem yaranır. Könüllü sığorta üçün sığorta şirkəti malların rəsmi sənədini tələb edir. Ticarətçilər isə tam qiymətdə olan sənəd təqdim edə bilmirlər. Çünki malların vergisini az versinlər deyə real dəyərini gizlətməyi üstün tuturlar”.

X.Məmmədxanlı onu da vurğulayıb ki, heç bir ticarət obyektində normal yanğın təhlükəsizliyi standartları yoxdur. Bu da sığorta şirkətlərini narahat edən amillərdən biridir və sığorta edən zaman bunları nəzərə alırlar.

Sığorta eksperti Nicat Əlibəyli də deyib ki, sığorta şirkətləri obyektləri və malları sığortalamaqda maraqlıdırlar. Amma sığortalama prosesində müştərilər problem yaradır: “Onlar öz mallarının dəqiq siyahısını sığorta şirkətlərinə təqdim edə bilmirlər. Eyni zamanda obyektlərə baxış keçirən şirkət əməkdaşları oranın təhlükəsizlik sisteminin olmadığını və ya zəif olduğunu görərək riskə getmirlər. Axı sığorta şirkəti xeyriyyə təşkilatı deyil ki, istənilən malı sığortalasın".

Ekspert qeyd edib ki, bir çox problemlər sahibkarların özləri ilə bağlıdır: "Onların dövriyyələri çox olsa da, malların qayda-qanun ilə siyahıları olmur. Heç sahibkarlar malları sənədləşdirməyə meylli də deyillər. Maarifləndirmə də çox zəifdir deyə sahibkarlara mallarını sığortalamaq maraqlı deyil”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 407 29.03.19 23:50