“Son zamanlar avtomobillərin yarılması ilə bağlı müraciətlər artıb. Amma hələ də kiminsə saxlanılması ilə bağlı məlumat yoxdur”.
Median.Az-ın məlumatına görə, bu barədə bizimyol.info-ya sığorta mütəxəssisi Ceyhun Əsgərov bildirib.
Ekspert deyib ki, bu ilin əvvəlindən başlayaraq, avtomobillərin yarılması ilə bağlı müraciətlər artmağa başladı: “Artıq onlarla avtomobil Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda soyğunçuluğa məruz qalıb. Görünür bu işi görən eyni dəstədir. Çünki bu əməllər eyni ssenari ilə törədilib”.
Ekspert deyib ki, bu kimi faktlar zamanı avtomobilə dəymiş zərəri qarşılamaq üçün kasko sığortaya ehtiyac var: “Yalnız kasko sığortası avtomobil sahiblərini bu kimi hallardan qoruyur. Kasko sığorta təminatının miqyası geniş olduğu üçün sürücülər bütün risklərdən də sığortalana bilər”.