Avropa İttifaqına daxil olan ölkələrdə plastik məhsul istehsalçıları CƏZALANDIRILACAQ - QANUN » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:44 Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silindi  |     11:37 Bəzi yollarda görünüş 500-1000 metrədək məhdudlaşıb  |     11:23 Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edildi  |     11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |    

Avropa İttifaqına daxil olan ölkələrdə plastik məhsul istehsalçıları CƏZALANDIRILACAQ - QANUN

Bundan sonra Avropa İttifaqına daxil olan ölkələrdə “çirkləndirən ödəyir” prinsipi daha da kəskinləşdiriləcək.
Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin martın 27-də qəbul etdiyi qanun layihəsində bildirilib.

Belə ki, qanun istehsalçıların ətraf mühitə vurduğu ziyana görə məsuliyyətini genişləndirir. Məsələn, dənizin dərinliklərinə gedən balıqçı torlarına görə balıqçılar yox, istehsalçılar cərimələnəcək.

Gigiyenik bezlər, nəm salfetlər, plastik filterli siqaretlər istehsal edən şirkətlər məhsulun üzərində plastik materialın ekologiyaya mənfi təsirləri barədə xəbərdarlıq yerləşdirməli olacaqlar.

Qeyd edək ki, Avropa Parlamentində qəbul olunan qərarda plastik tullantılarla bağlı qanun layihəsi hazırlanıb. Layihədə plastik tullantılardan ibarət “qara siyahı” hazırlanıb. Təkistifadəlik plastik qab-qacaq, masaüstü avadanlıq, plastik içki çöpləri və s. əşyalar həmin siyahıya daxil edilib.

Qanuna görə, 2029-cu ilə kimi Avropa İttifaqı ölkələri istifadə olunmuş plastik içki qablarının azı 90 %-ni toplamalı olacaq. 2025-ci ilə kimi plastik içki qablarının tərkibinin azı 25 %-i təkrar emal olunmuş plastikdən ibarət olmalıdır. 2030-cu ildə isə minimum hədd 30 %-ə qaldırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 384 29.03.19 22:13