Bərdə rayonunda 30 yaşlı çoban itkin düşüb.
Median.Az-ın report-a istinadən məlumata görə, hadisə yanvarın 4-də rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.
Belə ki, Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Xalıq Zahid oğlu İsmayılov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Onun həyat yoldaşı Xumarə İsmayılova "Report"un Qarabağ mərkəzinə bildirib ki, 4 ildir ailə həyatı qurub. Ailənin bir azyaşlı oğlan övladı var. Sonuncu dəfə həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra X.İsmayılov evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalar aparılır.