Azərbaycana saxta dərman gətirənlərin işi çətinləşir - Qanun dəyişir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:08 Bakının bu ərazilərində mənzillər kəskin BAHALAŞACAQ  |     11:55 Virusa hazırlıq BAŞLADI - Xəstəxanalarda ehtiyat çarpayılar saxlanılır  |     11:44 Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silindi  |     11:37 Bəzi yollarda görünüş 500-1000 metrədək məhdudlaşıb  |     11:23 Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edildi  |     11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |    

Azərbaycana saxta dərman gətirənlərin işi çətinləşir - Qanun dəyişir

Azərbaycanda keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışına qarşı mübarizə gücləndirilir.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 38-ci maddəsinə (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azadetmə) edilən dəyişikliyə əsasən, keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışı da inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək inzibati tənbeh verilən hallar sıyahısına daxil edilir.

Belə ki, hazırda dərman vasitələri ilə bağlı inzibati xəta törədildiyi gündən üç ay keçəndən sonra şəxs məsuliyyətdən azad olur.

Məcəlləyə dəyişikliyin məqsədi keyfiyyətsiz və saxta dərman vasitələrinə qarşı mübarizənin səmərəliliyini artırmaqdır. Belə ki, üç ay müddəti dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətaların araşdırılması üçün yetərli olmadığından layihədə həmin inzibati xətalar üzrə müddətin bir ilədək uzadılması təklif olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 273 29.03.19 17:41