“Diqlas” yenidən tikiləcək? - Nazir məsələyə aydınlıq gətirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:55 Virusa hazırlıq BAŞLADI - Xəstəxanalarda ehtiyat çarpayılar saxlanılır  |     11:44 Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silindi  |     11:37 Bəzi yollarda görünüş 500-1000 metrədək məhdudlaşıb  |     11:23 Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edildi  |     11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |    

“Diqlas” yenidən tikiləcək? - Nazir məsələyə aydınlıq gətirdi

İqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” Ticarət Mərkəzinin yenidən tikilməsi məsələsinə münasibət bildirib.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, “Diqlas” Ticarət Mərkəzi tamamilə özəldir:

“Bu məsələ dövlətin ixtiyarında deyil. Onların sahiblərinin qərarlarından asılıdır. Ticarət mərkəzinin tikilməsi məsələsi ayrıca müzakirə oluna bilər”, - deyə Şahin Mustafayev qeyd edib.

Nazirin sözlərinə görə, sahibkarlara dəyən ziyanla bağlı sənədlər olmadığına görə ziyanın hesablanmasında bir neçə dövlət orqanının məlumatlarından istifadə oluna bilər.

O qeyd edib ki, “Diqlas”da yanan mallar əsasən idxaldır:

“Buna görə də həmin mallara dair sənədlər Dövlət Gömrük Komitəsindən əldə ediləcək, eyni zamanda, sahibkarların VÖEN hesablarından da bəzi məlumatlar götürüləcək və digər mənbələrdən istifadə olunacaq. Düşünürəm ki, bu məlumatları əldən etdikdən sonra dəqiq ziyanı müəyyən edə biləcəyik”.

Şahin Mustafayevin sözlərinə görə, hazırda zərərçəkənlərin dəqiq sayı məlum deyil:

“Çünki ticarət mərkəzinin özü iki hissədən - “Diqlas-1”, “Diqlas-2”dən ibarətdir. Təxminən 60-a yaxın mağaza “Diqlas-1”də, 111 mağaza isə “Diqlas-2”dədir. Bu, ilkin rəqəmlərdir və İşçi Qrupunun əsas vəzifəsi bu rəqəmləri tam dəqiqliyi ilə araşdırmaqdır”.

“Diqlas” a daxil olmayan ətraf ərazilərdəki zərər çəkən sahibkarlarla bağlı nazir bildirib ki, bu məsələ araşdırılır. Bütün zərərçəkənlərlə bağlı məlumatlar əldə ediləcək. Yalnız bundan sonra komissiya lazım olan qərarı qəbul edəcək”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, martın 26-da “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.

Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov dünən icarədarlarla görüşdə bildirib ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, “Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 255 29.03.19 13:01