“Bibiheybət” məscidindən şəhər istiqamətində olan yolda təmir-bərpa işləri bitib » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:44 Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silindi  |     11:37 Bəzi yollarda görünüş 500-1000 metrədək məhdudlaşıb  |     11:23 Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edildi  |     11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |    

“Bibiheybət” məscidindən şəhər istiqamətində olan yolda təmir-bərpa işləri bitib

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda aparılan təmir-bərpa işləri yekunlaşdırılıb.

Agentlikdən verilən məlumata görə, təmir-bərpa işləri sözügedən yolun təqribən 430 metrlik hissəsinin 8500 kv.m-lik ərazisini əhatə edib. Bu ərazidə yolun hərəkət hissəsində eninə və uzununa çatlar, həmçinin asfalt-eton örtüyündə deformasiyalar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Təmir-bərpa işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.

İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub.m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib.

Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4 500 kv.m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8 500 kv.m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu dəmir-beton küvetlər, həmçinin yeraltı suların ötürülməsi üçün nəzərdə tutulmuş drenaj borular bərpa edilib.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun birbaşa dövlət agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdu.//report.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 241 29.03.19 12:06