Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun kiçik çavuşu Ara Arakelyanın ölümü ilə bağlı aparılan araşdırma zamanı onun silahdaşı tərəfindən öldürüldüyü məlum olub.
Bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Naira Arutyunyan məlumat verib.
Onun sözlərinə görə, hadisə köhnə hərbi hissələrdən birinin ərazisində baş verib.
Hadisə zamanı kiçik çavuş Andranik Koşkanyan isə sol bilək nahiyəsindən yaralanıb.
Faktla bağlı A.Arakelyanın əsgər yoldaşı saxlanılıb.
* * * * *
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb.
“RİA Novosti” agentliyinin məlumatına görə, ölən əsgər 1998-ci il təvəllüdlü Ara Arakelyandır.
Məlumata görə, o, martın 26-da naməlum şəraitdə aldığı güllə yarasından ölüb.
Xatırladaq ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində əl atdığı təxribat zamanı Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.