İlk baxışdan təzə musiqi alətini xatırlatdsa da, 2 əsrdən artıq yaşı var.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Ağstafa sakini Nazim Qasımovun öz evində qoruyub saxladığı bu royalın 201 yaşı var. İstehsal olunduğu il də musiqi alətinin üzərində olan lövhədə həkk olunub. Musiqi alətinin təsisçisi metal lövhədə öz adını və istehsal olunduğu şəhərin adını qeyd edib. Almaniyanın Leybsiq şəhərində hazırlanan royalın müəllifi usta Jemlerdir.
Royalın üz qabığında 15 ədəd medal da var. Bu medalları təqdim edən Berlin, Harli, Leypsiq, Maqdeburq və digər şəhərlərin adları da metal lövhədə oyma ilə qeyd edilib.
Kolleksiyaçı deyir ki, bir neçə il bundan qabaq Ağstafa rayonuna qonaq gələn italyalı və alman qonaqlar musiqi alətini görərək heyrətləniblər. Əcnəbi qonaqlar hətta musiqi alətini almaq üçün qiymət deməyə də çətinlik çəkiblər.
Nazim Qasımov bu antik musiqi alətini gələcəkdə yüksək qiymətə satmaq niyyətindədir.