Azərbaycana gətirilən 18 dollarlıq quzu əti ilə bağlı - RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycana gətirilən 18 dollarlıq quzu əti ilə bağlı - RƏSMİ AÇIQLAMA

2018-ci ildə ölkəyə idxal edilən quzu ətinin idxalatçıların təqdim etdiyi invoys qiymətləri nəzərə alınmadan “gömrük orqanları tərəfindən tələb edilən” rəqəmlərlə rəsmiləşdirilməsi ilə bağlı məlumatlara Dövlət Gömrük Komitəsi münasibət bildirib.

Məlumata görə, 2018-ci ildə ölkəyə idxal olunan və bir kiloqramının gömrük dəyəri 17.7 ABŞ dolları təşkil edən, ümumilikdə 350 kiloqram quzu ətinin gömrük rəsmiləşdirilməsi idxalatçılar tərəfindən təqdim edilən sənədlər əsasında aparılıb və gömrük orqanlarına təqdim edilən sənədlərdə risk təşkil edəcək amillər yoxdur.

“Üstəlik bir il ərzində bəhs edilən növ quzu ətinin idxaldakı payı miqdar baxımından 350 kq, dəyəri isə 6180 ABŞ dolları təşkil edib ki, bu rəqəmlər əsasında gömrük orqanlarının hansısa manipulyasiyaya yol verməsini düşünmək belə gülüncdür.

Malın qiymətinin yüksək olmasına gəlincə, bəhs edilən məhsul ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi olaraq sifariş edilən və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir”, - deyə komitə bildirib.

Məlumatda o da vurğulanır ki, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük statistikası qanunvericiliyə uyğun olaraq tam şəffaf şəkildə aparılır.

Qeyd edək ki, iqtisadçı-ekspert Rövşən Ağayev bildirmişdi ki, 020410 əmtəə kodu (təzə quzu əti) altında 2016-cı ildə ölkəyə 1 kq ətin idxal dəyəri 1 dollar olub, 2017-ci ildə 14 dollara yüksəlib, 2018-ci ildə artıq 17.7 dollar çatıb.

“Doğrudur, bu kod altında ölkəyə böyük həcmdə məhsul gəlməyib - 6180 dollar dəyətində 350 kq. Amma məsələ kütlə və dəyərdə deyil - 1 kq idxalın orta dünya bazar və daxili bazar qiymətləri ilə müqayisədə nə dərəcədə real görünməsindədir. Ən maraqlısı odur ki, biz özümüz də bu kod altında məhsul ixrac etmişik - amma hər kq-ı 6.5 dollara. Eyni məhsulun idxal və ixrac qiyməti arasında az qala üç dəfə fərq var. Lap idxal dəyərindəki nəql xərclərini nəzərə almasaq belə, fərq iki dəfədən çoxdur”, deyə ekspert bildirmişdi.

O qeyd etmişdi ki, həqiqətən, kq-ı 1 dollara quzu əti idxal etmək olmaz - bu, çox ucuzdur.

“Amma kq-ı 17.7 dollara etmək olarmı - bu da çox baha deyilmi? Məsələn, “Comtrade”in məlumatına görə, quzu ətinin dünyada ən iri ixracatçılarında ixrac qiyməti 5.5-6.5 dollar olub. Nəql xərclərini də nəzərə alsaq, maksimum 7-8 dollardan söhbət gedir.

Nəsə iddia etmək çox çətindir, amma yaranmış vəziyyətin gömrükdə invoys qiymətlərini nəzərə almadan “minimum qiymət” tətbiqinin nəticəsi olub-olmadığını aydınlaşdırmaq çox önəmlidir. Bu, ictimai nəzarətin fəallaşdırılmasını tələb edən çox vacib məsələdir. Çünki gömrükdə atılan hər addımın nəticəsi əmtəə bazarlarında özünü göstərir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 652 21.02.19 17:08