"Azərbaycanın “ASAN xidmət” modelinin 8 ölkədə oxşarı yaradılacaq”.
Median.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.
O, həmin ölkələrin adını açıqlamasa da, bununla bağlı danışıqların aparıldığını bildirib: "Biz həmin ölkələrlə əməkdaşlığa başlamışıq. Azərbaycanın “ASAN xidmət” modelinin həmin ölkələrdə fəaliyyət göstərməsinə nail olacağıq. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizmi həyata keçirilir”.