Uzun illərdən sonra ata olan Tağıyev Asif Məlik oğlu “Leyla Şıxlinskayanın” Klinikasından və həkim Faiq İsmayılovdan şikayətçidir.
Bu barədə bizimyol.info-ya danışan şikayətçi iddia edib ki, müalicə proseslərindən sonra övladı olsa da, həkim səhlənkarlığı nəticəsində vəfat edib.
“Biz rəsmi nikaha düşməklə 2014-cü ilin fevral ayında ailə qursaq da övlad sahibi ola bilmirdik. Hamiləlik müxtəlif dövrlərdə dörd dəfə pozulduqdan sonra “Leyla Şıxlinskayanın” Klinikasına müracət etdik və buradakı ginekoloq müalicələri üzərinə götürərək, bizi övlad sahibi edəcəyinə söz verdi. Və etdi də. 19.06.2018-ci il tarixdə V hamiləlikdən bir qız övladımız oldu. Hamiləliyin 30-31-ci həftəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gəldi. Bir aydan sonra 19.07.2018-ci il tarixdə klinkanın rəyi əsasında evə yazılaraq, uşağı normal vəziyyətdə xəstəxanadan çıxarmışıq. Uşağın müalicəsi ilə Faiq İsmayılov adlı həkim məşğul olub”,-deyə şikayətçi bildirib.
O deyib ki, 29.07.2018-ci il tarixdə uşaqda bir neçə dəfə qusma və köp əlamətləri olduğundan 30.07.2018-ci il tarixdə uşağı Klinkaya, pediatr Faiq İsmayılov yanına gətirmişik. O uşağı qəbul edərək, əlamətləri soruşdu, heç bir yoxlamadan keçirmədən iki ədəd dərman yazaraq bizi yenidən evə qaytardı. Lakin gəldikdən və həmin dərmanları qəbul etdikdən sonra uşağın qusması daha da intensivləşdi. 01.08.2018-ci il tarixdə yenidən uşağı həmin klinkaya və həmin həkmin yanına qaytardıq. Bu dəfə özü qəbula düşmədi, ağır xəstə ilə məşğul olduğundan Cəfərov Sahib adlı digər həkimə tapşırdı. Həmin həkim uşağı müayinə etdikdən sonra yenə də heç bir yoxlanışdan keçirmədən başladı bizi dilə tutmağa ki, burada bu uşağın müalicə və müayinə olması sizə baha başa gələcək. Yəni əməliyyat olunsa 600 manat, hər gün qalmağa da 170-200 manat arasında ödəniş etməli olacaqdıq.
Odur ki, siz K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstituna aparın. Biz ora ürək etmədiyimizi, uşağın anadan olandan da, olmamışdan öncə də bütün müayinələrnin burada aparıldığını deyərək, tələb etdik ki, uşağımızı müalicə və müayinə etsinlər. Amma onlar bizi inandırdılar ki, ora burdan da yaxşı xəstəxanadır, hətta biz həmən cərrahı (Gündüz Ağayevi) dəvət edəcəyik, havayı pullarınızı bura tökməyin, gedin ora. Həkimin adını da dedilər ki, mütləq ona çatdırın (Gündüz Ağayev), o sizin uşağı sağaldacaq. Uşağı götürüb deyilən xəstəxanaya gəldik. Uşağı müayinə edən kimi “bu uşağın bağırsaqlarında iltihab baş veribmiş, nə üçün bunu gecikdirmisiz?” dedlər. Halbuki uşaqda narahatçılıqlar başlayan kimi biz onu həkimə gətrmişdik. Lakin öz işinə səhlənkar yanaşan Faiq İsmayılov heç bir müayinə etmədən, bizi yendən evə qaytardı. Beləliklə K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitunda uşaq ARİTŞ şöbəsində Sepsis, Septiki enterokolit, dinamiki bağırsaq keçməməsliyi, kəskin ürək-damar çatmamazlığı, hiperqlikemik koma, az kütləli uşaq diaqnozu qoyulmuş və 02.08.2018-ci il tarixdə 00.15-də uşaq vəfat edib”.
Şikayətçi bildirib ki, “Leyla Şıxlinskayanın” Klinikası ümumilikdə 6932 manat rəsmi, təqribən 5000 manat qeyri-rəsmi pulunu alıb: “Elmi-Tədqiqat Pediatriya İnstitutu epikrizində göstərmişdir ki, uşaq ETPİ-na 01.08.2018-ci il tarixdə gecikmiş hospitalizasiya vəziyyətində daxil olub. Halbuki iyul ayının 30-dan biz “Leyla Şıxlinskayanın” Klinikasına müraciət etmişik amma onlar səhlənkarlıqla heç bir tədbir görməyib, heç bir müayinə aparmadan yalnız iki ədəd dərman yazmaqla kifayətləniblər”.
Faiq İsmayılov iddiaları qəbul etməyib. O bildirib ki, Asif Tağıyevin övladını bir ay müalicə edib.
Uşaq doğulandan sonra vəziyyəti ağır idi. Yarımçıq doğulmuşdu. Tənəffüs pozulma sindromu vardı. Bir ay klinikada müalicə olundu. Evə getdikdən 13 gündən sonra təkrar klinikaya müaciət ediblər. Baxıb müalicə yazdım. Dedim ki, uşaqda yenidən köp və qaytarma olarsa, klinikada stasionarda yatmağı təklif etdik. İki gündən sonra gəldilər. Mən səhhəti ağır olan uşaqla maraqlandığım üçün baxa bilmədim. Şöbə müdiri qəbul edib baxdı.
Ona uşağın xəstəxanada qalması təklif olunub. Asif Tağıyev klinikada xidmət haqqının baha olmasından şikayətləndiyi üçün o Elmi-Tədqiqat Pediatriya İnstituna yönləndirildi. Uşaq da orada vəfat edib”.