Yolumuzu kəsənlərdən necə yaxa qurtaraq? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Yolumuzu kəsənlərdən necə yaxa qurtaraq? - AÇIQLAMA

Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində, eləcə də paytaxtın Ziya Bünyadov prospektində və hərəkətin intensiv olduğu digər yollarda sürücülər qarşıda sıxlıq olduğu üçün düz xəttin tələblərini tez-tez pozur.

Belə ki, sürücülər kobud qayda pozuntusuna yol verərək həm digər hərəkət iştirakçılarına mane olaraq yolayrıcına daxil olur, həm də tıxac olan ərazidə sıxlığı bir az da artırır.

Bunun qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdır?

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev məsələ ilə bağlı fikirlərini Oxu.Az-la bölüşüb.

Ekspert düşünür ki, vəziyyətdən iki çıxış yolu var:

“Birincisi, yollara kameraların quraşdırılması və avtomatik şəkildə cərimələrin yazılmasıdır. Bu, kifayət qədər səmərəli çıxış yoludur. İkincisi, bəzi yol hərəkətinin təşkili məsələsini dəyişdirmək olar ki, bu tip sürücülərin qarşısını almaq mümkün olsun.

Misal üçün, bəzi yollarda rezin dirəklər və ya beton maneələr quraşdırılıb. Bununla yollardakı axınlar düzgün kanallaşdırıla bilər. Əslində, iki variantdan da eyni anda istifadə etmək daha səmərəli olardı”.

Ekspert əlavə edib ki, əsas çıxış yolu üçün mütəxəssislər tərəfindən araşdırma aparılmalıdır.

Qeyd edək ki, Sumqayıt-Bakı yolunun Bakı Beynəlxalq Avtovağzalı yaxınlığından keçən hissəsində bu kimi halların qarşısını almaq üçün bir müddət əvvəl iki kamera quraşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 339 20.02.19 12:18