Balakəndə yaşayan qadın ölmüş kimi qeydiyyatdadır - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Balakəndə yaşayan qadın ölmüş kimi qeydiyyatdadır - VİDEO

Balakəndə elektron imza üçün notariusa müraciət edən qadına, ölmüş kimi qeydiyyatda olduğu bildirilib. Özü də 1977-ci ildən. Halbuki, vətəndaş 2005-ci ildə şəxsiyyət vəsiqəsi üçün rəsmi orqanlara müraciət edib.

Bu barədə Xəzər TV məlumat yayıb.

Hadisə Balakən sakininin başına gəlib. 42 ildir ki, Rəna Ağamalıyeva adlı Balakən rayon sakini ölmüş olaraq sənədlərə işlənilib. 3 uşaq anası olan Rəna Ağamalıyeva özəl bir şirkətdə mühasib işləyir. Son bir ay ərzində elektron imza almaq üçün Balakən rayon notariusuna müraciət etsə də, bu cəhdi uğursuz olub. Notariatlığın elektron sistemində bu şəxs 1977- ci ildən bu günə qədər ölü kimi qeyd olunduğu bildirilib.

2005-ci ildə şəxsiyyət vəsiqəsi almış Rəna Ağamalıyeva necə ola bilər ki, bu günə qədər bəzi hüquqi əməliyyatlar etməsinə baxmayaraq, hazırda ölmüş kimi göstərilib? Məsələ ilə bağlı araşdırmalarda məlum olub ki, 1973-ci ildə anadan olmuş və 1977-ci ildə dünyasını dəyişmiş bacısı Sevil Ağamalıyevanın əvəzinə, Rəna Ağamalıyeva ölmüş kimi qeydiyyata alınıb.

Balakən rayon qeydiyyat şöbəsindən bildirdilər ki, vətəndaşa Balakən rayon məhkəməsinə müraciət etməsi ilə bağlı hüquqi yardım göstərilib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 063 20.02.19 11:57