“Skype” proqramının işində ciddi pozuntular yaranıb.
“Gazeta.ru”nun məlumatına görə, bu barədə proqramın istifadəçiləri sosial şəbəkələrdə məlumat yayıb. Bu fakt “Downdetector” xidmətinin məlumatlarında da əksini tapır.
İstifadəçilərin çoxu “Skype”a qoşulmaqla bağlı (istifadəçi adı və şifrə daxil edilən zaman – red.) problemlə üzləşib.
Sistemə girə bilən bir çox istifadəçilər isə səsli zəng xidmətindən yararlana bilmir.
“Skype”ın işindəki pozuntular Yaponiya, Böyük Britaniya, ABŞ və Rusiyada qeydə alınıb.