Dünya Xocalıya ədalət istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Dünya Xocalıya ədalət istədi

Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan Diaspor TV vasitəsilə müxtəlif ölkələrdən “Xocalıya ədalət!” səsləndirilib. Belə ki, Diaspor TV-nin təşəbbüsü ilə dünyanın onlarla ölkəsindən xaricilər “Xocalıya ədalət!” istəyiblər.

Dövlət Komitəsindən bildiriblər ki, soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, “Xocalıya ədalət!” deyiblər.

Videomüsahibədə müxtəlif yaş kateqoriyasından insanlar iştirak ediblər. Onlar “Xocalıda soyqırımı olduğuna inanıram və Xocalıya ədalət istəyirəm” deyiblər.

Müsahibələrin alınmasında xaricdə yaşayan azərbaycanlılar xüsusi fəallıq nümayiş etdiriblər. Videomüsahibələrlə Dövlət Komitəsinin rəsmi “Youtube” kanalında tanış olmaq mümkündür. Eyni zamanda, müsahibələr Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” proqramında da nümayiş etdiriləcək. Proqram fevralın 25-dən 26-na keçən gecə saat 00.10-da yayımlanacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 458 18.02.19 22:25