Ötən il ölkə üzrə qeydə alınmış nikah və boşanma halları ilə bağlı rəsmi statistika açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 62484 nikah və 14857 boşanma halları qeydə alınıb.
Bu isə orta hesabla hər dörd nikahdan birinin dağılması deməkdir.
Ümumilikdə, ölkə üzrə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.
Evlənənlər üzrə ilk yerdə Kəlbəcər-Laçın rayonları (hər 1000 nəfərə 6,8 nikah), boşanmalar üzrə isə Bakı (hər 1000 nəfərə 2,1 boşanma) qərarlaşıb.