Mojo.az Banner
23:02 Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: mütəxəssislər səbəbini izah edir  |     22:58 Uşaqlar üçün olan bu məhsul bahalaşdı  |     22:50 Bu halda sürücüləri 40 manat cərimə gözləyir - Video  |     22:45 "ChatGPT"də reklamlar necə yayımlanacaq?  |     22:41 Azərbaycanın təhvil verdiyi erməninin pasportu yox imiş  |     22:33 2 179 abonentin qazı kəsiləcək  |     22:27 Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO  |     22:21 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     22:00 Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar  |     21:27 Qərib Mehdi vəfat edib  |     21:21 Mətanət Eminova vəfat etdi  |     21:14 Azərbaycanda şəlalə dondu - FOTOLAR  |     21:07 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     20:59 Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub  |     20:41 "Euronews": Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib  |     20:16 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     19:30 Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi  |     19:24 Yanvarın 21-22-si ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ  |     19:18 Ən intellektual 3 BÜRC  |     18:54 Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər  |    
Left Banner
Right Banner

İnfeksiya yayan dönərçilər - FOTO

18.02.2019 13:28 3 582
İnfeksiya yayan dönərçilər - FOTO
Əlcəksiz çalışan, pul sayıb əlini yumadan fast-food hazırlayanların sağlamlığımıza yaratdığı təhlükə; həkim xəbərdarlıq edir...

Bakıda, demək olar ki, hər küçədə dönərxanaya rast gəlmək mümkündür. Qeyri-rəsmi məlumatlara görə, hazırda Bakı ərazisində 15 mindən çox dönərxana fəaliyyət göstərir ki, bunların da əksəriyyətində gigiyena normalarına əməl edilmir.

Öncə məlumat üçün qeyd edək ki, dönər üçün ət təzə olmalı, mənfi 40 dərəcə olmaqla şok dondurmadan keçirilib, bükülüb, xüsusi avtomobillər vasitəsilə dönərxanalara çatdırılmalıdır. 40 dərəcə mənfi şok verən, xüsusi formada dönər ətlərini hazırlayan avadanlıqlar kifayət qədər bahadır. Sexlərdə isə, təbii ki, bu avadanlıqlardan istifadə edilmir.

İndiyə qədər bu və ya digər problemlərlə bağlı mətbuatda çoxsaylı yazılar dərc olunub.

“Yeni Müsavat” olaraq dönərxanalarla bağlı başqa təhlükəli məqamı araşdırıb.

Öncə diqqətimizi o cəlb etdi ki, şəhərdə fəaliyyət göstərən əksər dönərxanalarda kassir mövcud deyil. Dönərçi dönərxanada əlcəksiz formada hazırladığı dönəri, elə özü də satır, pul əsginaslarını müştəridən alıb, qutusuna qoyur. Daha sonra isə yenidən öz işinə davam edir. Dönərxanalarda olduğumuz zaman dönərçinin pul əsginaslarını sayması, dəstələməsi hallarını müşahidə etdik. Əksər dönərxanaların içərisində əl yumaq üçün şərait mövcud deyil. Dönərçilər minlərlə adamın əlindən keçən pul əsginaslarına toxunduqdan sonra əllərini yumurlar.

Bu barədə dönərçilərin özləri ilə söhbətimiz zamanı onların əksəriyyəti puldan hansısa infeksiyanın keçməsinin mümkün olmadığını iddia etdilər.


Bundan əlavə adətən dönərxanalarda marladan düzəltdikləri əskilərin olduğunu müşahidə etdik ki, dönərçilər gün ərzində bu əski ilə həm stolu, həm də əllərini silərək, anti-gigiyenik şəraitdə fəaliyyət göstərirlər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev modern.az saytına açıqlamasında bildirib ki, vətəndaşımızın hər bir dönərxanadan ətin keyfiyyəti barədə sənəd tələb etmək hüququ var: “Vətəndaşlara dönər olaraq qida təklif edən hər bir sahibkar istehlakçının suallarına cavab verməyə borcludur. Bu bizim nəzarət obyektlərimizdən biridir. Bu kimi neqativ hallarla bağlı istehlakçılardan Agentliyin 1003 qaynar xəttinə şikayətlər də daxil olur. Hər bir şikayət aidiyyəti üzrə araşdırılır və qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir”.

Bəs hər gün xeyli sayda pul əsginasına toxunan dönərçinin hazırladığı dönər alıcını hansı xəstəliklərə yoluxdura bilər?


“Yeni Müsavat”a danışan həkim Hüseyn Mehdiyev bildirib ki, əslində burada insanları xəstəliyə yoluxduracaq olan bir çox səbəblər var: “Bəzi dönərxanalar var ki, içərisində sanitar qovşağı mövcud deyil. Anti gigiyenik şəraitdə təbii ehtiyaclarını ödəyən dönərçi, əllərini yumadan işinə davam edir. Bunu şəxsən gözlərimlə görmüşəm. Bəzi dönərxanaların çölündə stollar qoyulub ki, müştəri aldığı dönəri orada yeyə bilsin. Dəfələrlə şahidi olmuşam ki, eyni əski ilə həmin stolları da silirlər, içərini də, əllərini də. Sonra da növbəti müştərisi üçün dönər hazırlayır. Dönərxanalarda şahidi olmamışam ki, çöl əskisi ilə əl əskisi ayrı olsun.

Eyni zamanda dönərxana işlədənlər geyimlərinə də diqqət etmirlər. Baxırsan ki, əli ilə burnunu silir, sonra da əlini üstünə çəkib, dönər kəsir. Dönərçinin xəstə olduğu halda işinə davam etməsi halının da şahidi olmuşam. Üstəlik də əsginaslar məsələsi, çox faciəvidir. İnsanlar avtobuslarda tutacaqlardan tutub, sonra əllərini ciblərinə salaraq pul çıxarırlar. Olar ki, heç pulda hansısa mikrob olmaz, avtobusun tutacağında olar və bunu şəxs əlini cibinə salaraq, pula da keçirər. Əksər xəstəliklərin xarici mühitə qarşı davamlılığı zəifdir.


Ona görə də insanlar bu cür hallarda ciddi xəstəliklərə yoluxmurlar. Lakin davamlı xəstəliklər də var ki, bunlar insanlar üçün olduqca təhlükəlidir. Məsələn, vərəmli xəstədir və əlini ağzına tutaraq öskürür. Sonra da həmin əllə pulu çıxarıb, dönərçiyə verir. Deməli onun xəstəliyi həm dönərçiyə, həm də ondan dönər alanlara keçə bilər. Bu vasitə ilə ən çox yayılmış xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bəzən elə pul əsginası olur ki, üzərində hansısa çirkin və ya qanın olduğunu görürük. Bu əsginas yüzlərlə adamın əlində gəzir və heç kim də bu məsələyə diqqət etmir. Dönərxanalarda işləyənlərin əlcəyi olmalıdır.


Heç olmasa o, əlindəki əlcəyi dəyişib, pulu başqa əlcəklə almalıdır. Ancaq görürük ki, əksər dönərxanalarda sürətli işləmək üçün heç bir gigiyena qaydalarına əməl etmirlər. Çalışırlar ki, çox dönər düzəldib, çox qazansınlar. İnsanlar özləri bu məsələdə diqqətli olmalı, haradan, kimdən gəldi dönər almamalıdırlar. Dönərçi bütün bu kimi gigiyena qaydalarına həm də özünün sağlamlığına görə diqqət etməlidir. Məsələ təkcə alıcıların sağlamlığı deyil, onun özü də təhlükə içərisində çalışır. Xırda məsələlər böyük təhlükələr yarada bilir. Ona görə də diqqətli olmaq lazımdır. Gənclər, tələbələr bu kimi qidalardan daha çox istifadə edirlər. Təbii ki, gənclər dövlətin gələcəyidir. Ona görə də dövlət özü də bu məsələdə nəzarəti gücləndirməlidir. İnsanlar unutmamalıdır ki, dönərxanalardan çox ağır xəstəliklərə yoluxa bilərlər”.скачать dle 11.3