Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

“Restoran 1 ay öncə hibrid maşınların şarjı üçün generatoru zirzəmidə yerləşdirib”

22.11.2025 14:34 549
“Restoran 1 ay öncə hibrid maşınların şarjı üçün generatoru zirzəmidə yerləşdirib”
“Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alov ətrafı bürüyəcək”.

Median.Az
xəbər verir ki, bunu “Trend”ə dünən axşam saatlarında Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə deyib.

O qeyd edib ki, evi binanın 12-ci mərtəbəsində yerləşir: “Hadisə baş verəndə 5-ci mərtəbəyədək özümüz düşdük, daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə - yuxarı qayıtdıq”.

Sakinin sözlərinə görə, tüstüdən qorunmaq üçün evin qapısını yaş dəsmallarla izolyasiya ediblər: “Yanğının mənbəyi restoran olub. 2010-cu ildən binada yaşayıram. “Loft” restoranı 2 il öncə burada açılıb. Restoran sahibi binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Yanğın təhlükəsindən əlavə, hər gün 5-ci mərtəbəyə qədər səs-küy, musiqi səsi gəlir”.

Heydər Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid maşınların elektrik doldurma dayanacağını quraşdıraraq generatoru zirzəmidə yerləşdirib: “Üç gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə adamı döyüblər”.

Qeyd edək ki, ötən gün baş verən yanğında 3 nəfər həyatını itirib. 27 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Hazırda 7 nəfərin müalicəsi davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner