Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yanan binadan 8 ailəni yol polisləri xilas edib – VİDEO

21.01.2018 20:13 2 094
Bakıda yanan binadan 8 ailəni yol polisləri xilas edib – VİDEO
Xəbər verildiyi kimi, yanvarın 20-də səhər saatlarında Bakıda yaşayış binasında yanğın baş verib. Hadisə Səbail rayonu Neftçilər prospektində - Azneft meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yanğının ilk şahidləri yol polisi əməkdaşları olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Müşaiyət-eskort bölüyünün 1-ci tağımının əməkdaşları, baş serjant Vüsal Şəmsəddin oğlu İsmayılov və serjant Anar Arif oğlu Bədəlov Azneft meydanında xidmətdə olarkən binada yanğın baş verdiyini görüblər.

Səhər saatları olduğu üçün sakinlərin yanğından xəbəri olmayıb. Yol polisləri dərhal hadisə yerinə gedərək binaya daxil olublar. Onlar bir-bir qapıları döyərək sakinlərə binada yanğın baş verməsi barədə xəbər veriblər və binanı tərk etmələrinə kömək ediblər. Yuxarı mərtəbələrin birində yanğın nəticəsində yaranan tüstü vəziyyəti daha da ağırlaşdırıb. Buna baxmayaraq, yol polisləri qapını sındıraraq 84 yaşlı qadını həyətə düşürüblər. Bütün mənzilləri boşaldandan sonra yol polisləri binanı tərk ediblər. Təxminən 15 dəqiqə sonra sakinlərin çağırışı ilə əraziyə yanğınsöndürənlər və təcili yardım gəlib. Tüstüdən zəhərlənən yol polisi əməkdaşları Vüsal İsmayılov və Anar Bədəlova ilkin tibbi yardım göstərilib.

Külək yanğının qarşısının alınmasınada çətinliklər yaratsa da təxminən bir saat yarımdan sonra yanğın məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmasa da, mənzillərə ziyan dəyib. Yanğına binanın damında naqillərində baş verən qısa qapanmanın səbəb olduğu ehtimal edilir. Çünki yanğın yatağı yoxlanılarkən orada qaz borusunun olmadığı məlum olub.скачать dle 11.3

Son xəbərlər