Həbs edilən dünya çempionunun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Həbs edilən dünya çempionunun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”

Dünəndən etibarən əksər elektron media resurslarında Azərbaycanın kikboks üzrə dörd qat dünya çempionu Anar Süleymanovun həbs olunması ilə bağlı xəbər yayılıb. A.Süleymanov cəmi iki ay müddətində nigahda olduğu həyat yoldaşını döyməkdə ittiham olunur. Qeyd edək ki, Anar Süleymanovun həyat yoldaşı da kikboks üzrə dünya çempionudur və həbs edilən çempionun tələbəsi olub.

A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.

Median.Az bildirir ki, hazırda həbsdə olan çempionun anası Ziyafət Süleymanova Azinforum.az-a açıqlamasında oğlu barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. O, oğlu haqda məlumatların bəzi KİV-lərdə təhrif edildiyindən təəssüfləndiyini bildirib: "Anarın həyat yoldaşı ilə heç bir şəxsi qərəzi olmayıb. Əgər belə qərəz olsaydı, onda biz niyə xərc çəkib ona bahalı toy edirdik? Elə toy günün birinci axşamı biz Anarla həyat yoldaşı arasında ciddi mübahisənin yaradığını eşitdik. Səs-küyə mən çölə çıxdım. Onların həmin gün nə ilə bağlı dava etdiklərini öz qulaqlarımla eşitmişəm. (Ananın bu məsələnin detalları ilə bağlı söylədikləri incəlikləri etik qaydalara görə təqdim etmirik - red.) Mən qıza dedim ki, ona halallıq vermirəm. Ağlaya-ağlaya rayona getdim və bir ay orda qaldım. Toydan 15 gün sonra Anar xaricə getdi. Bu fakt onun pasportunda da əks olunub. Həmin müddətdə qızın anası və bacısı onunla birlikdə qalıb. Əgər Anar ona işgəncə verib, qapalı rejimdə saxlayırdısa, onda necə oldu ki, o hər gün öz evlərinə gedib? Anar işə gedəndən sonra anası qızı götürüb evlərinə qaçırıb. Əgər ona həqiqətən işgəncələr verilirdisə, onda niyə indiyə kimi evlərinə getmirdi? Neçə dəfə Anardan icazəsiz gözəllik salonlarına gedib. Bütün bu faktlar sübut edir ki, onların mediaya verdikləri məlumatlar ağ yalandı. Mən əməliyyat olunandan sonra, həmin qız gəlib evdə məni elə vurdu ki, yaramdan qan açıldı. Hətta həmin hadisə ilə bağlı mənim oğlum qoymadı ki, onu polisə verim. Həmin qızın psixoloji durumu normal deyil. Hazırda 28 may-da psixoloq yanına gedir. Mən təəssüf edirəm ki, bu cür adamın sözlərini əsas götürüb oğlumun haqqında pis məlumatlar yazırlar. Deyilənlərin hamısı iftiradır. Xahiş edirəm ki, onların hamını necə aldadtdığını yazasınız. O qız birinci öz valideynlərini, sonra bizi, ardınca polisi, indi isə siz mətbuat işçilərini aldadır. Mənim oğlum tanınmış idmançı və dindardı. Onun barəsində yalan danışanlar və yayanlar həm də Allah qarşısında günaha batırlar".//milli.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 762 16.02.19 18:50