Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlayan Bakı şəhər sakinləri C.Musayev və əvvəllər məhkum olunmuş S.Həsənzadə saxlanılıblar.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.