Şamaxıya qar yağıb .
Ötən axşam rayon ərazisinə yağan sulu qar səhər saatlarından etibarən qarla əvəzlənib .
Şəhərlə yanaşı rayonun dağlıq kəndləri də ağ örpəyə bürünüb.
Ən çox qar Dəmirçi, Qızmeydan, Pirbəhli, Sis və Qaladərəsi kəndlərinə yağıb. Burada qarın hündürlüyü 15 sm-ə çatıb .
Havanın temperaturu 5 dərəcə aşağı düşüb. Hazırda qar yağmaqda davam edir .
Texnikalar vasitəsilə avtomobil yollarının qardan təmizləmə işi aparılır.
//oxu.az