İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb.
Median.Az report-a istinadən verdiyi məlumatına görə, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.