MPK-460" gəmisi "28 May" NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.
SOCAR-dan verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov "Nefteqaz-62" gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.
Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.
Hadisə ilə bağlı araşdırma aparılır.//milli.az