ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq”

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev telekanalın fəaliyyətinin bərpa olub-olunmaması perspektivi barədə danışıb.

Median.Az
gununsesi.org-a istinadən xəbər verir ki, Mustafayev açıqlamasında telekanalın bərpasının hər zaman gündəmdə olduğunu bildirib:

"Biz bu istəyimizdən heç zaman vaz keçməmişik. Dəfələrlə bəyan etmişik ki, biz bu dövlətin əsgəriyik. Nə zaman istəsələr, xidmətə hazırıq. ANS Azərbaycan xalqına şərəflə xidmət edib”.

"ANS-in fəaliyyətinin bərpası üçün hazırda hansı addımları atırsınız” sualına Vahid Mustafayev belə cavab verib:

"Biz zamanında müraciətlər etmişik. İstər ölkə rəhbərliyinə, istərsə də hüquqi instansiyalara qədər getmişik. Bu gün qərar vermək bizim işimiz deyil. Ancaq xalqımız da yaxşı dərk edir ki, Azərbaycana ANS lazımdır. Bu gün ANS-in yeri görünür. Biz fəaliyyətə tam hazırıq. 8 ölkədə bürolarımız olub. Regionlarda 12 büromuz fəaliyyət göstərib. Komandamızla, texniki bazamızla yayıma tam hazırıq”.

ANS-n başqa adla qayıdışının mümkünlüyünə gəlincə, Vahid Mustafayev deyir ki, belə bir niyyətləri yoxdur: "ANS Azərbaycanın müstəqilliyindən 8 ay böyükdür. Biz sovetlərdə imperiyanın zəncirlərini qıran ilk televiziya olmuşuq. ANS-in şərəfli tarixi var. Ondan imtina etmək imkansızdır. ANS Azərbaycana lazımdır. Bunun zərurətini hamımız görürük”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 627 15.02.19 14:41