Tezliklə donuzlardan insanlara qaraciyər köçürülməsi mümkün olacaq.
Malatya Universitetinin professoru Sezai Yılmaz bildirib ki, yaxın beş il ərzində bu layihənin hazırlanıb tətbiq edilməsi nəzərdə tutulub:
“Bu gün Türkiyədə də orqan transplantasiyası zəifdir. İnsanlar vəfat edən yaxınlarının orqanlarını bağışlamaq istəmirlər. Bu, onlara mənəvi zərbədir. Bu istiqamətdə maarifləndirmə tədbirləri aparılmalıdır. Biz yeni layihə üzərində çalışırıq. Geni dəyişdirilmiş heyvanlardan, daha dəqiq desək, donuzlardan insanlara qaraciyər köçürülməsini tətbiq etməyə çalışacağıq.
Əslində, orqanların insan yaradılışına ən yaxın olan heyvanlardan - meymunlardan (qorilla, şimpanze) köçürülməsi daha yaxşı olardı. Lakin onların tapılması, saxlanılması olduqca çətindir.
Bu baxımdan, məhz donuzlar üzərində tədqiqatlar aparılır. Əgər bu layihə uğurla başa çatdırılarsa, Malatya Universitetinə Nobel gətirməyi düşünürük”.
//oxu.az