Bakıda daha bir qadın itkin düşüb.
Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə Xətai rayonu, Nobel prospekti, ev 186, mənzil 7-də yaşayan, 1997-ci il təvəllüdlü Aygün Həsənli müraciət edib.
A.Həsənli bildirib ki, onunla birgə eyni ünvanda yaşayan anası, 1961-ci il təvəllüdlü İlduzə Həsənova fevralın 11-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.