Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır.
Median.Az Musavat.com-a istinadən bildirir ki, Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib.
Bir neçə dildə fəaliyyət göstərəcək agentliyin video xidməti də olacaq. Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.
Əldə etdiyimiz məlumata görə, agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında formalaşdırılır.
Digər məlumata görə, lent.az portalı da fəaliyyətini bərpa edəcək.
Yeni agentliyin yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilsə də, dəqiq tarix barədə məlumat yoxdur.
Həmkarlarımızı və bütün media cameəsini təbrik edirik.