İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) könüllüsü işlə təmin olunub.
Məlumata görə, KOBİA-nın Masallıdakı “KOB Dostu” ilə birgə fəaliyyət göstərən Tamerlan Teymurov Agentlikdə könüllülük fəaliyyətini başa vuraraq Masallı Sənaye Məhəlləsində - “PAŞA Sığorta” ASC-nin filialında işlə təmin olunub.
Qeyd edək ki, Azərbaycanda geniş vüsət almış könüllülük təşəbbüsünə qoşularaq gənclərə dəstək olmaq, peşəkar əmək fəaliyyətinə başlayana qədər gənclərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, dünyagörüşünün və praktik bacarıqlarının artırılması üçün Agentlikdə “KOB Könüllüləri” Fəaliyyət Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. İndiyədək 20-dən çox gənc Agentlikdə könüllü olaraq fəaliyyətə cəlb olunub. 3 ay davam edən təcrübə proqramının sonunda könüllülərə sertifikat təqdim edilir. Gələcəkdə Agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.//report.az