Bakı-Gəncə sürət qatarında qiymət niyə dəyişdi? - AÇIQLAMA/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı rekord həddə çatdı  |     22:54 Sumqayıtda 22 minlik “Prius” dələduzluğu  |     22:46 Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı  |     22:39 Bu ərazilərdə qaz olmayacaq  |     22:32 Bakıda tanınmış hüquq müdafiəçisi itkin düşüb, axtarış elan olunub  |     22:25 Martın 10-da hansı günün dərsləri keçiriləcək?  |     22:23 Azərbaycan mədəniyyəti bu dəfə "Netflix"də - VİDEO  |     22:16 Azərbaycanda idman müəlliminin tələbəsinə zorakılıq etdiyi iddia olunur: Döyüb xəstəxanalıq etdilər  |     22:01 Alena Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib - FOTO  |     21:32 Nazirlik Rəna Soltanovanı cərimələdi - Klinikasında qəfil yoxlama  |     21:21 Bitkoinin qiyməti 90 min dolları keçib  |     21:12 Sürücülərə XƏBƏRDARLIQ: "Yalnız bu halda avtomobiliniz cərimə meydançasına aparıla bilər"  |     21:05 Bakıda 17 yaşlı qız 18 gündür itkin düşdü  |     21:00 Dərs günlərinin yeri dəyişdirildi  |     20:55 "Azpetrol"da avtomobilin qaz balonu partladı - VİDEO (YENİLƏNİB)  |     20:48 Nardaranda 20 yaşlı oğlan intihar etdi  |     20:41 "8 Mart" günü hava necə olacaq?  |     20:36 “Lukoil” yanacaqdoldurma məntəqəsində firıldaqçılıqla rastlaşmışam" - Deputat  |     20:29 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək  |     20:24 Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər  |    

Bakı-Gəncə sürət qatarında qiymət niyə dəyişdi? - AÇIQLAMA/VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir.

Gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək.

Bundan başqa, standart vaqonlarda gediş haqqı qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif və biznes vaqonlarda isə gediş haqqı dəyişməyəcək.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova qiymətdə endirim edilməsinin səbəbini açıqlayıb:

“Sərnişinlərin təkliflərini öyrəndik, onların məmnunluğu bizim üçün çox önəmlidir. Daxili sorğu nəticəsində qərara gəldik ki, qiymətlərdə endirim edək. 15 manat sınaq qiyməti idi. Gördük ki, sərnişinlər daha çox biletin 10 manata olmasını təklif edirlər. Biz də onların fikirlərini nəzərə aldıq”.

Məsələ burasındadır ki, qiymətdə endirim edilməsi ilə yanaşı, standart vaqonlarda səhər yeməyi və sərinləşdirici içkilərin pulsuz verilməsi də dayandırılıb.

Qurum rəsmisinin sözlərinə görə, bu, qiymət endirimi ilə əlaqədardır:

“Bəli bu qiymət endirimi ilə əlaqədardır. Bəzi sərnişinlər təklif etdilər ki, biz səhər yeməyi və sərinləşdici içkilər istəmirik, amma qiymət münasib olsun. Biz də bunu nəzərə aldıq”.//yenicag.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 629 31.01.19 20:17