Novruz bayramının qeyri-iş günləri açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı rekord həddə çatdı  |     22:54 Sumqayıtda 22 minlik “Prius” dələduzluğu  |     22:46 Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı  |     22:39 Bu ərazilərdə qaz olmayacaq  |     22:32 Bakıda tanınmış hüquq müdafiəçisi itkin düşüb, axtarış elan olunub  |     22:25 Martın 10-da hansı günün dərsləri keçiriləcək?  |     22:23 Azərbaycan mədəniyyəti bu dəfə "Netflix"də - VİDEO  |     22:16 Azərbaycanda idman müəlliminin tələbəsinə zorakılıq etdiyi iddia olunur: Döyüb xəstəxanalıq etdilər  |     22:01 Alena Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib - FOTO  |     21:32 Nazirlik Rəna Soltanovanı cərimələdi - Klinikasında qəfil yoxlama  |     21:21 Bitkoinin qiyməti 90 min dolları keçib  |     21:12 Sürücülərə XƏBƏRDARLIQ: "Yalnız bu halda avtomobiliniz cərimə meydançasına aparıla bilər"  |     21:05 Bakıda 17 yaşlı qız 18 gündür itkin düşdü  |     21:00 Dərs günlərinin yeri dəyişdirildi  |     20:55 "Azpetrol"da avtomobilin qaz balonu partladı - VİDEO (YENİLƏNİB)  |     20:48 Nardaranda 20 yaşlı oğlan intihar etdi  |     20:41 "8 Mart" günü hava necə olacaq?  |     20:36 “Lukoil” yanacaqdoldurma məntəqəsində firıldaqçılıqla rastlaşmışam" - Deputat  |     20:29 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək  |     20:24 Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər  |    

Novruz bayramının qeyri-iş günləri açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov özəl olaraq Trend-ə bildirib ki, bu il ilk – Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.

X.Mikaylovun sözlərinə görə, martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq.

Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.

X.Mikayılov qeyd edib ki, martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 721 30.01.19 17:10