Məcburi köçkün ailələrinə dövlətin qayğısı davam etməkdədir. Bir neçə gün əvvəl daha 300 məcburi köçkün ailəsinə Qaradağ rayonunun Ümid qəsəbəsində tikilmiş yeni binalardan mənzillərin orderləri verilmişdi. Artıq həmin ailələrin köçürülməsinə başlanılıb. Məcburi köçkün ailələrinin 200-ə yaxını yeni mənzillərinə köçüb. Köçürülmə bu gün də davam edib.
Median.az xezerxeber.az-a istinadən bildirir ki, bu, dünənə qədər yaşadıqları evlər, bu isə yeni köçdükləri mənzillər.
Bir neçə gün əvvəl Qaradağ rayonunun Ümid qəsəbəsində 300 mənzillik yeni yaşayış binalarından ev alan məcburi köçkün ailələrinin köçürülməsi davam edir. Artıq bir neçə ailə yeni mənzilinə yerləşib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev deyir ki, Ümid qəsəbəsinə köçürülənlər əsasən, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir
İbrahim Mirzəyevin sözlərinə görə, artıq şəhərcik 200-ə yaxın yeni sakinini qəbul edib. Digər məcburi köçkün ailələri də köhnə mənzillərindən yenilərinə köçməyə hazırlaşırlar
Qeyd edək ki, qəsəbədə 220 şagird yerlik məktəb, həmçinin 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana da inşa edilib.