Azərbaycanda bir sıra sahələrdə sistem qurulmalıdır.
Median.Az-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bir sıra sahələrə nəzər yetirilib:
“Təhsil, səhiyyə, sosial, müdafiə sahələrində yeni sistem qurulmalı, bu sahələri dövlət qulluqçuları idarə etməlidir. Eyni zamanda, dövlət qulluğunda çalışanlar seçilməli, onların maaş və təqaüd məsələsinin necə həll edilməsi barəsində düşünməliyik”.
Avropa İttifaqının nümayəndəsi qeyd edib ki, Tvinninq layihəsi çərçivəsində 28 sistem birgə işlənilib:
“Bu sistem milli sistemdən daha effektiv nəticələrə malikdir. Burada konkret qaydalar var ki, hər kəs ona əməl edir. Bu gün dünya reytinqinin onluğuna baxsanız, onların içərisində dördlüyə malik olan ölkələrin Avropa İttifaqına məxsus olduğunu görərsiniz. Bu layihə sizə imkan verir ki, bizim etdiyimiz səhvləri etməyəsiniz”.
Kestutis Yankauskas qeyd edib ki, 2019-cu il üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən konkret məqsədlər təyin edilib:
“Fikrimcə, layihə çərçivəsində qiymətləndirmə, maaş mükafatlandırma sisteminin qurulması vacibdir. Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı müzakirələr gələcək münasibətlər arasında bünövrə quracaq. Azərbaycanın dövlət qulluğu sistemi daha effektiv və güclü olacaq”.//oxu.az