Deputat Əsabil Qasımovun oğlu İsveçrədə xizək qəzası zamanı dünyasını dəyişməyib.
Median.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya deputatın köməkçisi Rauf Həşimov məlumat verib.
O qeyd edib ki, mərhum xizək sürə bilməyib:
“O, kanatda olub. Bu zaman qan təzyiqi yüksəlib, dərhal kanatdan düşürüb hotelə gətiriblər. Amma hoteldə həkim olmadığından Elçin Qasımova müdaxilə olunmayıb. Elə bu səbəbdən də vəfat edib.
Mərhumun meyiti hələ Bakıya gətirilməyib. Ola bilsin ki, bu gün axşam gətirilsin. Prosedurlar çətin olduğundan cənazəni hələ gətirə bilməmişik”.
Qeyd edək ki, Elçin Qasımov iki gün əvvəl 29 yaşında dünyasını dəyişib.