Rəsmi Bakı Gürcüstana etiraz etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |    

Rəsmi Bakı Gürcüstana etiraz etdi

Azərbaycan XİN bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulmasına münasibət bildirib.

Bununla bağlı XİN-in mətbuat xidməti məlumat yayıb:

“Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki Azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 403 24.01.19 16:28