Küləyə görə metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı bağlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Küləyə görə metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı bağlanıb

“Bakı Metropoliteni” QCS-nin “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlanıb.

Bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, əsas çıxışın bağlanması sərnişinlərin təhlükəsiz giriş-çıxışını təmin etmək üçündür:

“Güclü küləklə bağlı iki gündür sərnişinlərin giriş-çıxışı çətin olurdu. Hər iki tərəf açıq olduğundan giriş-çıxışlarda güclü şimal küləyi təhlükə yaradırdı. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün külək azalana qədər və stansiyada sərnişin axınının az olmasını nəzərə alaraq əsas çıxış bağlanıb. Hazırda əsas girişin qapısı iki hissəli şəkildə açılıb və sərnişinlər əsas girişin bir hissəsindən istifadə edərək metrodan çıxırlar”.

B.Məmmədov onu da qeyd edib ki, mövcud hava şəraiti ilə əlaqədar ciddi nəzarət var:

“Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından, hələlik sərnişin sıxlığı müşahidə edilmir. Əgər sərnişin sıxlığı müşahidə edilərsə, əsas çıxış yenidən açılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 544 18.01.19 11:49