Mojo.az Banner
22:57 Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub - Azərbaycandakı qətlin təfərrüatı  |     22:50 İranın səfiri Türkiyə XİN-ə çağırıldı  |     22:43 Almanı tüpürüb silən satıcıdan açıqlama - YENİLƏNİB - VİDEO  |     22:35 Gəncədə ağır yol qəzasında 11 nəfər yaralandı  |     22:30 İran yeni ali rəhbər seçməklə böyük səhv edib - TRAMP  |     22:23 “Ata, incimə, mən İranı dəstəkləyirəm”  |     22:05 İrandan indiyədək Azərbaycana təxliyə olunanların SAYI  |     21:50 İsrail səfiri: “İranda rəhbərin dəyişməsi rejimi dəyişdirmir”  |     21:43 Azərbaycan “Avroviziya 2026”də bu mahnı ilə çıxış edəcək - VİDEO  |     21:36 Regionda qanlı müharibə: hansı ölkədə neçə nəfər həlak olub? - RƏQƏMLƏR  |     21:33 İtkin düşən kişi axtarılır - FOTO  |     21:24 Çərəz bazarında bahalaşma və durğunluq var (VİDEO)  |     21:00 İranda bu şəxslərin əmlakları müsadirə ediləcək  |     20:45 Ramazan ayının iyirminci gününün duası: İmsak və iftar vaxtı  |     20:30 Türkiyədə Özgür Özel barəsində istintaq başladıldı  |     20:22 Azərbaycan XİN Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb  |     20:13 Rəcəb Tayyib Ərdoğan: "Türkiyənin bütün qurumları yüksək hazırlıq vəziyyətindədir"  |     19:58 İrandan Azərbaycana 2000-dən çox şəxs təxliyə olunub  |     19:32 Gəncədə dərmandan zəhərlənən 38 yaşlı kişi öldü  |     19:28 Bulvarda qadının çantasını oğurladı, 30 gün həbs olundu  |    
Left Banner
Right Banner

Şəkidə 14 yaşlı yeniyetmə partlamamış mərmi tapdı - VİDEO - FOTO

17.01.2019 19:50 2 644
Şəkidə 14 yaşlı yeniyetmə partlamamış mərmi tapdı - VİDEO - FOTO
Hadisə şəhərin Olimpiya məhəlləsində baş verib.

Median.az
ARB TV-yə istinadən xəbər verir ki, Şəki şəhər sakini 14 yaşlı Zülfüqar Zeynalov qoyun otaran atasının yanına gedərkən kolluq ərazidə qəribə dəmir parçası görüb.

Nə olduğunu anlamayan məktəbli tapıntını atası Səbuhi Səmədova göstərib. Dəmir parçasının partlamamış mərmi olduğunu anlayan Səbuhi Səmədov dərhal Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzinə xəbər verib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentli xüsusi mobil çevik əməliyyat qrupu və Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Səbuhi Səmədova - Şəki sakini: "Oğlum mənə yemək gətirmişdi. Bir də gördüm uşaq əlində mərmiyə oxşar nəsə gətirir. Ərəstun adlı bir hərbiçi var ona göstərdim ki, bu nədir? Dedi, bu partamamış mərmidi, dərhal "102" xidmətinə zəng vur, məlumat ver. Mən də məlumat verdim, gəlim apardılar".скачать dle 11.3
Mojo.az Banner