Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Öz boğazını kəsdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Öz boğazını kəsdi

Xəbər veriyimiz kimi, bir neçə gün öncə Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib.

Median.Az
xəbər verir ki, Unikal.org baş verən hadisənin təfərrüatlarını öyrənib.

Tərtər rayon Ələsgərli kənd icra nümayəndəsi Kamran Əhmədov açıqlamasında bildirib ki, hər ikisi sakit ailə olub:

"Hadisənin iştirakçısı olan ailələr arasında bu zamana qədər münaqişə olmayıb. 28 yaşlı qadının əri Əliyev Fariz Fazil oğlu ilə Zöhrabov Eldəniz Sabir oğlu şərikli meyvə bağı salıblar. Sonradan gəlinlə Eldəniz birlikdə yaxalanıb. Bu zaman gəlin V.Əliyevanın əri 35 yaşlı Fariz Əliyev, qardaşları, əmisi oğlanları ilə birlikdə Eldəniz Zöhrabovu çay kənarına apararaq döyüb, onun şəxsiyyətini alçaldan hərəkətlər ediblər. Bu zaman 43 yaşlı Eldəniz bıçaqla öz boğazına xəsarət yetirib. Onun səhhəti ağır olduğu üçün təcili Bakıya gətirilib. Hadisədən sonra gəlinin həyat yoldaşı Fariz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Münaqişəyə səbəb olan gəlin isə hadisədən sonra Ələsgərli kəndini tərk edərək ata yurdu Ağcabədiyə qayıdıb.

Başqa xanımla münasibəti olan Eldəniz Zöhrabov da ailəlidir. Onun iki oğlu var. Oğlanlarından biri yeni ailə qurub. Öz ərinə xəyanət edən qadının isə Fariz Əliyevlə birgə nigahdan iki azyaşlı övladı var".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 728 17.01.19 14:18