Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

Səfirlik ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə - VİDEO

17.01.2019 12:25 4 753
Səfirlik ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə - VİDEO
ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində qətlə yetirilən Azərbaycan vətəndaşı Elçin Rəsul oğlu Xəlilovun cənazəsi qısa müddətdə Vətənə göndəriləcək.

Median.Az
xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, faktla bağlı Şimali Karolina ştatının Şarlot-Meklenburq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları davam etdirilir.

Cinayət işi həmin polis departamentinin müstəntiqləri C.Dadli və B.Personun icraatındadır:

“Mərhumun yaxın qohumları ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə onlara məlumat verilib. Hazırda cənazənin qısa müddət ərzində Azərbaycana göndərilməsi istiqamətində iş aparırıq. Sənədləşmə işlərinin bu gün yekunlaşması gözlənilir və cənazə Şarlot şəhərindən Nyu-York şəhərinə, oradan da Vətənə göndəriləcək”.

Səfirlikdən bildirilib ki, baş vermiş hadisə nəzarətdədir, istintaqın gedişatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 14-də yerli vaxtla saat 11 radələrində Şarlot şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həyatını itirib.

E.Xəlilov basqın edilən “Fixer Electronic Repair” mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.


скачать dle 11.3
Mojo.az Banner