Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

"Yanan vaflilər"lə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

16.01.2019 17:44 2 665
Qida Təhlükəsizliyi Agentliyi son günlər sosial şəbəkələrdə vaflinin yanmasını əks etdirən videolarla bağlı yayılan məlumatlara münasibət bildirib.

Median.Az
-in məlumatına görə, agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, vaflinin yanması onun təhlükəli qida olmasının göstəricisi deyil.

Belə ki, vafli qidalı, yüкsək kalorili və asan həzm olunan çoхməsaməli, səthi şəbəkəli məmulatdır. Bəzəkli və içlikli vaflilərdə şokolad, qəhvə, meyvə-giləmeyvə yarımfabrikatları, qoz, badam, müхtəlif tamlı və ətirli maddələr istifadə edilir.

Vaflinin dad və quruluşuna təsir edən əsas komponentlərdən biri də yağdır:

"Yağlar vafliyə yumuşaqlıq verməklə yanaşı, xəmirin məsaməliliyini artırır.

Burada müxtəlif təsirlərə dözümlü qatı bitki yağlarından istifadə edilir. Yağ vaflinin tərkibində qluten və nişastanın birləşərək kütlə əmələ gətirməsinin qarşısını alaraq onu yumşaq və asan həzm olunan edir.

Həm tərkibində yeyinti yağları olması, həm vafli təbəqələri hazırlanarkən bişirilmə qablarının yağlanması, eyni zamanda mövcud CH (karbohidrat) qruplarının havanın oksigeni ilə asanlıqla reaksiyaya girməsi vaflinin yanmasına səbəb olur".

Agentlikdən qeyd edilib ki, ümumiyyətlə qida məhsullarının tərkibində yağlar olduğundan onların yanması tamamilə təbii haldır: "Məhsulun yanması onun təhlükəsizlik və ya keyfiyyət göstəricisi hesab oluna bilməz.

Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyini yalnız laborator müayinələr və analizlər vasitəsi ilə müəyyənləşdirmək mümkündür".

Son xəbərlər