Son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub.
BNA-dan "Ölkə.Az"a daxil olan məlumata görə, bu faktlar insan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsi ilə əldə olunur. Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib.
Qeyd edək ki, artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin, A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulması halları qeydə alınır.