Rusiyanın Penza vilayətinin Orta Yelyuzan kəndində yerləşən “Əbu Hənifə” məscidində “Kim? Nə? Harada?” intellektual viktorinası keçirilib.
Median.Az xəbər verir ki, bu barədə “Dumpo.ru” portalı məlumat yayıb.
Yarışda dörd kənd məscidindən olan komandalar: “Nur”, “İxlas”, “İman” və “İhsan” yarışıb.
Oynanılan suallar dini mövzularla yanaşı, biznes, coğrafiya və digər elmi sahələrə aid olub.
Yarışın nəticələrinə görə, “Nur” komandası (“Əbu Hənifə” məscidi) birinci yeri tutub.