Parkinqlər bahalaşıb: problemdən çıxış yolu nədir? - RƏY » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Parkinqlər bahalaşıb: problemdən çıxış yolu nədir? - RƏY

Bir neçə gündür Bakıda parkinqlərə görə ödənişlərin qaldırılması mediada müzakirə edilir. Mütəxəssislərin fikrincə, Bakının küçə və prospektlərində qanunsuz parklanmalarla bağlı ciddi problem var. Bəzi yerlərdə bu səbəbdən hərəkət iflic olur və tıxac yaranır.

Məsələ barədə oxu.az-a yol-nəqliyyat üzrə ekspert Fazil Məmmədov danışıb.

Onun sözlərinə görə, parklanma ilə bağlı qiymətlər tənzimlənməlidir:

“Bir istehlakçı kimi, hesab edirəm ki, qiymətlər əlverişli olmalıdır. Əgər onlar maşınların təyin edilən yerlərdə park edilməsini istəyirlərsə, o zaman qiymətlər yüksək olmamalıdır. İnsanlar saatı bir-iki manata deyil, heç olmasa, 30 qəpiyə avtomobillərini park etmək imkanına malik olmalıdırlar. Amma bunu bir istehlakçı kimi deyirəm. Hesablama aparmaq lazımdır”.

Ekspert bildirib ki, parkinqin hansı dövlət, yaxud özəl qurumun nəzarətində olması da mühümdür:

“Özəl parkinqlər qiymətləri özləri diktə edir. Hesab edirəm ki, tıxaclarla mübarizə aparmaq üçün ilk növbədə dövlət yeni parkinqlər yaratmalıdır. Bu cür parkinqlər şəhər kənarında, metro ətrafında, Sumqayıtın girişində olmalıdır.

Lakin gözəl bilirik ki, əsas görüləcək iş Bakıda və mərkəzi yerlərdədir. Saat 07:00-dən 09:00-a kimi insanlar 15 dəqiqəyə gedə biləcəkləri yolu saatlarla vaxta qət edirlər. Bu, heç bir baxımdan rentabelli deyil.

Əlbəttə ki, ilk növbədə bu, dörd dəfədən çox yanacaq sərf edən sürücü üçün əlverişsizdir. Digər tərəfdən, atmosfer və ətraf mühit çirklənir. Dövlət üçün tıxaclar olduqca böyük xərcdir”.

Fazil Məmmədov qeyd edib ki, ictimai nəqliyyat üçün yaxşı logistika təşkil edilməlidir:

“Əgər bizdə ictimai nəqliyyat yaxşı çalışsa, insanlar hər hansı bir dayanacaqda avtobusun saat neçədə gələcəyini dəqiq bilsə, işə və ya müəyyən bir yerə neçə dəqiqəyə gedəcəyini biləcək. Bu zaman biz problemlərin 75 faizini həll etmiş olardıq. Əgər mən Əhmədliyə gedərkən tıxaclarda qalacamsa, nəyə görə 2-3 manat yanacağa sərf etməliyəm?

Bundan əlavə, mənim maşınım küçədə qalaraq nəqliyyata maneə törədəcək, küçələrin ötürücülük qabiliyyəti azalacaq. Bu, problemi çox cüzi miqdarda həll edir.

Bizim şəhərimiz onsuz da avtomobil saxlamanı və dayanacağı qadağan edən nişanlarla doludur. Amma insanlar buna məhəl qoymurlar və istədikləri yerdə avtomobillərini saxlayırlar”.

Ekspert vurğulayıb ki, onsuz da parkinqə getməyən sürücü qiymətlər qalxdıqdan sonra heç getməyəcək:

“Ola bilsin ki, 40 nəfərdən ikisi metrodan istifadə edəcək. İctimai nəqliyyat yaxşı olsaydı, insanlar ondan istifadə edərdilər. Bundan əlavə, çoxlu sayda insan Mərdəkana, Şüvəlana işləməyə gedir. Buna görə Azneft dairəsi yaxınlığında bir neçə min maşınlıq ödənişsiz bir parkinq düzəldilməlidir ki, insanlar orada maşınlarını bütün gün saxlaya bilsinlər.

Yaxud da orada şərti qiymət olsun, məsələn, bu məbləğ günə 50 qəpik ola bilər. Bu, bizim yollarda vəziyyəti xeyli yaxşılaşdırardı. Əlli qəpikdən 1000 maşın da az pul eləmir. Avtomobili olan şəxs 50 qəpik verib avtomobili orada saxlayardı, daha sonra metroya minib işə gedərdi. Doqquz saatlıq işdən sonra geriyə qayıdıb, avtomobilinə əyləşib rahat şəkildə evinə gedərdi. Beləliklə, yollarda maşınların sayı azalardı”.

“Təsəvvür edin, bir avtobus 100 minik avtomobilini əvəz edə bilər. Praktiki imkanlarına görə bu belədir. 100 avtomobil şəhərdə yox, şəhərdən kənarda olacaq. Gecələr şəhərimizdə maşın olmayanda rahat avtomobil idarə etmək olur.

Amma gündüzlər bu, mümkün deyil. Yolun bir hissəsi yol qırağında maşın saxlayanların ucbatından bağlı olur. Çünki dördzolaqlı yolun həm sağ, həm də sol tərəfində maşınlar saxlanılır və yol ikizolaqlıya çevrilir. Yəni yolun ötürücülük qabiliyyəti iki dəfə azalır. Daha bir səbəb texniki savadsızlıqdır.

Anlamıram niyə bizim yol polisi zolaqlar arasında maşın sürənləri cəzalandırmır? Xətt var və sürücü bir zolaqla maşını idarə etməlidir. Bizim sürücülər isə eyni zolaqda üç-dörd maşını bir-birinə yaxın, qorxa-qorxa sürürlər və ona görə də aşağı sürətlə hərəkət edirlər ki, bu, hərəkət sürətini aşağı salır.

Tıxacların yaranmasıın daha bir səbəbi də budur. Mədəniyyətsizlik, ictimai nəqliyyatdan istifadə edə bilməmək, pis ictimai nəqliyyat, avtomobili minimal məbləğə park etmə imkanının olmaması – bütün bunlar bizim indiki durumumuzun səbəbləridir”,- deyə ekspert qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 679 10.01.19 11:57