Bakıda sürücü metronun “Koroğlu” stansiyasından Qala qəsəbəsinə qədər avtobusu telefonla danışaraq idarə edib.
Median.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, 10 dəqiqədən çox telefonla danışan sürücünü avtobusda olan sərnişinlərdən biri çəkib.
Xanım sərnişin sürücüyə telefonla danışmağı barədə irad bildirsə də, o, öz hərəkətinə haqq qazandırmağa çalışıb. Hətta həmin sərnişini avtobusdan düşürməklə hədələyib.
Sərnişin hadisənin dünən axşam saatlarında baş verdiyini və 187 saylı avtobusun sürücüsünün telefonla danışaraq sərnişinlərin həyatını təhlükəyə atdığını deyib.