Bu şəxslər avtomobil idarə edə bilməyəcək - YENİLİK » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Bu şəxslər avtomobil idarə edə bilməyəcək - YENİLİK

Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin siyahısı hazırlanacaq.

Bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.

Sənədə əsasən, nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısının təsdiq ediləcək.

Məsələnin həlli istiqaməti aidiyyəti qurumlarına tapşırılıb.

Professor Adil Qeybulla Oxu.Az-a açıqlamasında bildirib ki, avtomobil idarəçiliyi çox ciddi məsələdir:

“Psixi, nevroloji xəstəliyi olan şəxslər avtomobil idarə etmədən azad olunmalıdırlar. Bir insan şizofreniya xəstəliyindən əziyyət çəkirsə, niyə maşın sürsün? Görmə problemi olan insanlar da hazırlanacaq yeni siyahıya daxil edilməlidir. Bu cür qayda Avropa ölkələrində var”.

Adil Qeybulla qeyd edib ki, baş verən yol-nəqliyyat hadisələrinin çoxu yüksək sürətə görə olur:

“Bunun səbəbinin çoxu sükan arxasında olan şəxsin aqressiv olmasına görə olur. Bu cür insanlar sürücülük vəsiqəsindən məhrum edilməlidirlər”.

Qeyd edək ki, dövlət proqramında avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılması da yer alıb.

Belə ki, yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılması nəzərdə tutulur.

Proqrama əsasən, təhlükə doğurmayan bəzi yollarda sürət həddi artırılacaq, qəzaların tez-tez baş verdiyi, təhlükəli hesab olunan bəzi yollarda isə araşdırmalardan sonra sürət həddi aşağı salınacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 982 05.01.19 14:25