Güclü külək nəticəsində Bakıda 17 ağac aşıb.
Bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, dünən axşam saatlarından başlayan güclü külək nəticəsində paytaxtın müxtəlif ərazilərində ağacların aşması qeydə alınıb:
“Yasamalda Alatava ərazisində külək çinar ağacını kökündən çıxarıb. Ağacın aşması nəticəsində xəsarət alan olmayıb, lakin maşına ziyan dəyib. Gecə həmin ağac ərazidən götürülüb”.
Orxan Məmmədov qeyd edib ki, ağac aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb:
“Qarağac, çinar, sərv və qovaq ağaclarının budaqları sınıb”.