Cəlilabadda üç min illik büt tapıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Cəlilabadda üç min illik büt tapıldı - VİDEO

Cəlilabadda bizim eramızdan əvvələ aid olan daşdan düzəldilmiş quş fiquru tapılıb.

Median.Az
-ın Xəzər TV-yə istinadən məlumatına görə, büt olduğu ehtimal olunan daş fiqur Cəlilabadın Şatırlı kəndində təsərrüfat işləri görülərkən aşkar edilib.

10 kq-a yaxın çəkisi olan maddi mədəniyyət nümunəsinin üzərində kiçik ölçüdə möhür izini xatırladan damğa var.

Tarixçilərin sözlərinə görə, bu, bütün hər hansı bir tayfaya aid olduğunu göstərən işarə ola bilər. Digər maraqlı məqam isə daş fiqurun üzərində bir neçə şaquli düz xətlərin çəkilməsidir.

İlkin araşdırmalar zamanı tapıntının üç min ildən çox yaşı olduğu məlum olub.

Mütəxəssislərin sözlərinə görə, daş fiqur cənub bölgəsində insanların inancı ilə bağlı ilk tapıntıdır.

Sözügedən maddi mədəniyyət nümunəsinin araşdırılması qədim insanların inancları, eləcə də, dəfn adətləri ilə bağlı maraqlı faktları üzə çıxara bilər.

Qeyd edək ki, sözügedən ərazidə qartal formalı bütlə yanaşı, əkinçilik alətlərinin qalıqları da aşkar olunub. Artıq bununla bağlı AMEA Tarix və Etnoqrafiya İnstitutuna məlumat verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 733 04.01.19 13:26