Yeni il axşamı Bakıda pirotexniki vasitə əcnəbi turistə ciddi xəsarət yetirib.
Median.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hadisə 31 dekabrda axşam saatlarında baş verib.
34 yaşlı Türkmənistan vətəndaşı Yeni ili qeyd etmək üçün pirotexniki vasitəni yandırıb. Bu zaman həmin vasitə onun əlində partlayıb.
Nəticədə, Türkmənistan vətəndaşının sağ əlinin iki barmağı ciddi şəkildə zədələnib. Xəstəxanaya çatdırılan yaralını həkimlər dərhal əməliyyata götürüblər.
Əməliyyat zamanı zədələnən hər iki barmaq amputasiya edilib.