Cəlilabad rayonunda 11-ci sinif şagirdi itkin düşüb.
Median.Az-ın Reporta istinadən məlumatına görə, 2000-ci il təvəllüdlü yerli sakin Hüseynov Oruc Atif oğlu 8 dekabr tarixində yaşadığı evdən gedib və geri qayıtmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Məktəblinin atası A.Hüseynov bildirib ki, oğlunun nə üçün evi tərk etməsi onlar üçün də qaranlıq qalıb.
O.Hüseynovu görənlərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 051 546 52 23